Dağıstan Milli Şurasının sədri: Azərbaycanla bütün sahələrdə əlaqələrin gücləndirilməsinə önəm veririk
Siyasət

Dağıstan Milli Şurasının sədri: Azərbaycanla bütün sahələrdə əlaqələrin gücləndirilməsinə önəm veririk

Milli Məclisin sədri Sahibə Qafarova martın 15- ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Milli Məclisin sədri, Dağıstan Azərbaycan xalqları arasındakı tarixi əlaqələrdən, ümumi dəyərlərdən danışıb, bu münasibətlərin bu gün uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu qeyd edərək, qarşılıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri, bu sahədə parlamentlərarası münasibətlərin özünəməxsus rolu barədə fikirlərini bölüşüb.

Milli Məclisin sədri Rusiya Federasiyası Federasiya Şurası Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan ikitərəfli əlaqələr haqqında məlumat verib, qarşılıqlı parlamentlərarası dostluq qruplarının rolunu vurğulayıb.

Ötən ilin dekabr ayında Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun ölkəmizə səfərini onunla keçirdiyi görüşü xatırladan Sahibə Qafarova həmin səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsindən danışan Azərbaycan parlamentinin sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şəraitin yaranması, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipi əsasında təkliflər irəli sürməsi, o cümlədən Laçın yolu ətrafında vəziyyət, Ermənistanın regionda sülhün təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında ətraflı məlumat verib.

Görüş üçün təşəkkürünü bildirən Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərov Dağıstan Azərbaycan xalqlarının yaxınlığından, bölüşdükləri ümumi dəyərlərdən danışıb. O, Dağıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanda isə Dağıstanın böyük şairi Rəsul Həmzətovun 100 illik yubileylərinin keçirilməsinə hazırlıq getdiyini bunun iki xalq arasındakı bağlılığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf etməsindən məmnunluğunu bildirib Dağıstanın Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsinə böyük önəm verdiyini qeyd edib.

Parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı roldan danışan qonaq, qanunvericilik sahəsində təcrübə mübadiləsinin daha yaxşı qanunlar yaratmağa kömək edəcəyinə inamını ifadə edib.

Zaur Askendərov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.