Dağıntılara məruz qalan Çörək Muzeyi
Mədəniyyət

Dağıntılara məruz qalan Çörək Muzeyi

Tarix daima yenilənir. Bizə qalan isə xatirələr olur. Bu gün artıq keçmişi xatırlamaq çox rahatdır, çünki mobil telefonlar vasitəsilə hər bir anınızı çəkib saxlaya bilərsiniz. Lakin keçmişdən, ulu babalarımızın dövründən qalan əşyaları, onların məşğuliyyətini əks etdirən nümunələri gələcək nəsillərə ötürmək rolunu muzeylər ən layiqli formada yerinə yetirir. Bu gün ölkəmizdə minlərlə muzey mövcuddur. Xalça, tarixi abidələr, kitab, rəsm, incəsənət, elmi, etnoqrafik, xüsusi əl işlərinin sərgiləndiyi muzeylər sair... Muzeylər insanların keçmişə olan münasibətlərini tədqiq edərək mədəniyyətin inkişafına töhfələr verir. Habelə onlar turizm mədəniyyət sahələrində vacib rol oynayır. Dünyada ölkəmizdə muzeylərə xüsusi qayğı diqqət göstərilir. Hər il 18 may Beynəlxalq Muzey Günü kimi qeyd edilir.

Azərbaycanda mövcud olan maraqlı muzeylərdən biri Ağdam şəhərində yerləşən Çörək Muzeyidir. 1983- ildə əsası qoyulan muzeyin daxilində çörək un məmulatları, əkinçilik alətləri onların tarixi haqqında abidələr ucaldılıb. İstər daxili, istərsə xarici gözəlliyi, bəzəyi ilə seçilən muzeylərdən biridir. Çöl divarında 2 xanım 1 bəy rəsmi ilə qarşılaşırıq. Onların arxasında günəş öz işığını ətrafa saçır, qarşısında isə Azərbaycanın təbii sərvətlərindən olan pambıq, sünbül üzüm rəsmi görünür. Xanımlardan biri əlində səməni xonçası, digəri isə qucağında körpə uşaqla gülümsəyərək dayanıb. Əsl Azərbaycan bəyini təsvir edən rəssam isə onu əlində tar milli geyimdə göstərib. Ölkəmizin qədər firavan, günəşli bol-bərəkətli diyar olduğu rəsmdə ustalıqla nümayiş etdirilib. Təəssüf ki, bu gün bu gözəl abidədən geriyə sadəcə dağılmış daşlar qalıb. Çünki düşmən ölkənin 1992-ci ildə törətdiyi soyqırımı nəticəsində dünyada cəmi 2-ci olan Çörək Muzeyi darmadağın olub. Bu muzey əvvəllər elektrik stansiyası olub İkinci Dünya müharibəsində Ağdamı enerji ilə təmin edib. Xüsusi yeri olan bu binanı sonradan Çörək Muzeyi halına gətirməyə qərar veriblər bir çox yerlərdən xatirə qalmış çörəkləri, buğdaları toplayaraq buraya gətiriblər. Kosmonavtların yedikləri çörəklər, Ağdamın Çalağantəpə ərazisindən tapılan, eramızdan 7 min əvvələ aid olan yanmış buğda dənələri sair toplanaraq muzeydə sərgilənib. Lakin sözün əsl mənasında vandalizmin lüğətdəki sinonimi olan ermənilərin təxribatları nəticəsində bütün eksponatlar bu gün yanıb, kül olub.

Muzey həm daxili, həm xarici turistlər arasında böyük maraq yaradıb. Çünki burada təqdim edilən çörək digər eksponatlar mədəniyyətimizi əks etdirən, nadir nümunələr olub. Muzey turistlərin keçmişə səyahət etməsinə Azərbaycanın mədəniyyətini, ənənələrini, gələcəyini potensialını tanıtmaqda böyük rol oynayıb.

Ağdam Çörək Muzeyi milli mədəniyyətimizin tədqiqi inkişafı üçün vacib bir mənbə olub. Muzey milli mədəniyyətimizin qorunması bərpa edilməsi üçün bir mərkəz kimi fəaliyyət göstərib. Muzeydə sərgilənən nümunələrdən biri övladını itirmiş ananın boğazından keçirə bilmədiyi, 40 ilə yaxın saxlayıb, sonradan nümayiş etdirilmək üçün muzeyə verdiyi son tikəsidir. Acını, kədəri, çarəsizliyi bir tərəfdən ümidi özündə birləşdirən bu çörək parçası qızıldan da dəyərli hesab edilir. Burada buna bənzər minlərlə hekayəni xatırladan eksponat olub. Lakin bu gün biz bunların heç birini təəssüf ki, görə bilmirik. Ağdam Çörək Muzeyi Azərbaycanın mədəniyyət irsinin bir hissəsi böyük bir zənginliyimizdir. Bu gün dövlət başçımızın Heydər Əliyev Fondunun təşəbbüsü ilə işğaldan azad olan bölgələrdə yenidənqurma bərpa işləri sürətlə davam edir. Ümid edirik ki, dünyada cəmi 2 ədəd olan bu bənzəri olmayan Çörək Muzeyi yenidən bərpa olunacaq. Əvvəllər olduğu kimi, dünyanın bir çox yerlərindən turistlər, səyyahlar bu muzeyi görmək üçün kilometrlərlə yol qət edəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".