COVID-19 əleyhinə vaksinasiya prosesinə kölgə salan faktlarla bağlı cinayət işi başlanıb
Digər xəbərlər

COVID-19 əleyhinə vaksinasiya prosesinə kölgə salan faktlarla bağlı cinayət işi başlanıb

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilmiş qanunsuzluqlar barədə daxil olmuş material əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb.

Xəzər Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalar nəticəsində Elnur Əliyev, həmin xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan "COVID-19 vaksinasiyası üzrə məlumat forması"nın verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC