Con Hovel:  Azərbaycan və Ermənistanın uzun zamandan sonra təhlükəsizlik gələcəyindən əmin olmaq üçün dialoqu dəstəkləməliyik
MÜSAHİBƏLƏR

Con Hovel:  Azərbaycan və Ermənistanın uzun zamandan sonra təhlükəsizlik gələcəyindən əmin olmaq üçün dialoqu dəstəkləməliyik

Bir tərəfin ittihamlar səsləndirməsi, digər tərəfin də ona cavab verməsi və bunun hər sessiyada təkrarlanması bizi narahat edir. Artıq danışıqlar üçün real şərait yaranıb. AŞPA-nın gələcəyindən, eləcə də Azərbaycan və Ermənistanın uzun zamandan sonra sabit, təhlükəsizlik gələcəyindən əmin olmaq üçün dialoqu dəstəkləməliyik.

Bu fikirləri AŞPA-nın Böyük Britaniyadan olan üzvü Con Hovel AZƏRTAC-a müsahibəsində deyib.

"Dialoqun başlamasını çoxdan gözləyirdim. Tezliklə azərbaycanlı və ermənistanlı dostlarımla eyni masa arxasında əyləşə biləcəyimi arzulayıram", - deyə britaniyalı parlamentari Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin üzvlərini birlikdə masa arxasında əyləşərək dialoqa, danışıqlar aparmağa çağırıb. Vurğulayıb ki, birlikdə daha səmərəli nəticələrə nail olmaq mümkündür.

AZƏRTAC