“Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 13-cü, 14-cü, 23-cü və 27-ci bəndlərini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 139, № 12, maddə 1043) 9.1-ci maddəsində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2 (II kitab), maddə 221; 2017, № 2, maddə 140, № 12 (I kitab), maddə 2211; 2018, № 1, maddə 22, № 12 (I kitab), maddələr 2510, 2517; 2019, № 3, maddə 374, № 8, maddə 1379; 2020, № 6, maddə 663; 2021, № 1, maddələr 1, 11) 15.7-ci maddəsinin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 3. “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 208; 2011, № 2, maddə 71; 2019, № 8, maddə 1384; 2021, № 6 (I kitab), maddə 547) 5.0.15-ci, 22.1.7-ci maddələrində və 23.1-ci maddəsinin birinci abzasında ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media” sözü ilə əvəz edilsin.

Maddə 4. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 547, № 8, maddə 898, № 12, maddələr 1315, 1338; 2022, № 6, maddə 592, № 7, maddə 692, № 8, maddə 829) 13.1-ci maddəsində, 15.4-cü maddəsinin üçüncü cümləsində, 31.3.7-ci və 40-2.1.1-ci maddələrində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 5. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160; 2016, № 3, maddə 407, № 4, maddə 641; 2017, № 12 (I kitab), maddə 2228; 2018, № 5, maddə 844, № 6, maddə 1171; 2019, № 1, maddə 32, № 5, maddə 815; 2021, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 713-VIQD nömrəli Qanunu) 21.3-cü maddəsində, 25.2-ci maddəsinin birinci cümləsində və 25.3-cü maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 6. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 376; 2011, № 7, maddə 594; 2014, № 6, maddə 609; 2016, № 1, maddə 17; 2019, № 1, maddə 34; 2020, № 12 (I kitab), maddə 1423; 2021, № 6 (I kitab), maddə 547) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 12.4-cü maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

6.2. 77.1.4-cü və 77.2.4-cü maddələrdə “kütləvi informasiya vasitəsində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 7. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 480; 2014, № 7, maddə 773; 2018, № 5, maddə 856; 2022, № 8, maddə 831; Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 754-VIQD nömrəli Qanunu) 2.1.12-ci maddəsində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

Maddə 8. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 836; 2017, № 8, maddə 1512; 2019, № 11, maddə 1685; 2021, № 6 (I kitab), maddə 547) 6.1.2-ci maddəsində “kütləvi informasiya vasitələrindən” sözləri “media subyektlərindən” sözləri ilə əvəz edilsin.

Maddə 9. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, №12 (I kitab), maddə 2225; 2018, № 7 (I kitab), maddə 1394; 2019, № 1, maddə 33, № 5, maddə 815, № 6, maddə 999; 2021, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 671-VIQD nömrəli, 20 dekabr tarixli 714-VIQD nömrəli və 30 dekabr tarixli 785-VIQD nömrəli qanunları) 6.3-cü, 9.5-ci, 15.6-cı, 16.9-cu maddələrində, 19.7-ci maddəsinin ikinci cümləsində, 24.10-cu maddəsində, 25.8-ci maddəsinin dördüncü cümləsində, 41.4-cü, 43.3-cü, 45.9-cu, 46.16-cı və 47.6.2-ci maddələrində ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 fevral 2023-cü il