CİNAYƏTKARLAR  CƏZALANDIRILMALIDIR
Digər xəbərlər

CİNAYƏTKARLAR  CƏZALANDIRILMALIDIR

Azərbaycan xalqı növbəti ağır faciəni yaşadı... Bakı vaxtı ilə səhər saat 8:30 radələrində İran İslam Respublikasındakı Azərbaycan Respublikasının Səfirliyinə silahlı hücumu nəticəsində həlak olmuş şəhidimizin acı xəbəri hamımızı sarsıtdı... Qanlı hadisə ilə bağlı Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, professor Nürəddin Məmmədov bizimlə fikirlərini bölüşdü.

Qeyd etdi ki, əvvəlcədən planlaşdıraraq silahlanmış cinayətkar Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu səfirliyimizin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. İranın hər zaman terrora dəstək verdiyi bütün dünyaya məlumdur. Tarixə nəzər salsaq, bu günə qədər İranda səfirliklərə, konsulluqlara, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlara hücumlarla bağlı xeyli faktlara rast gələrik. Onun tarixi, xarici diplomatlara və diplomatik nümayəndəliklərə terrorçu münasibəti ilə zəngindir. Azərbaycan xalqı həmişə qonşu ölkələrlə dostluq, qardaşlıq münasibətindədir. Əfsus ki, bədnam qonşular bunun əksini edir.

İran İslam Respublikasındakı Azərbaycan səfirliyinə hücum uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı aparılan ideoloji, mənəvi və silahlı terror siyasətinin ən iyrənc nümunəsidir. Bu qanlı terror Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur və bu amansız cinayətin cavabı cinayətkar, terrorçu, qadın düşməni, xain molla rejiminin dünyanın siyasi səhnəsindən silinməsi ilə verilməlidir. Bu terror aksiyası, eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qəsd kimi qəbul edilməli, sifarişçilərin və icraçıların tez bir zamanda Azərbaycan Respublikasının ədalət məhkəməsi qarşısında dayanması istiqamətində beynəlxalq müstəvidə məsələ qaldırılmalıdır.

Zabit XƏLİLOV,

"Respublika".