Cinayət cəzasız qalanda
Digər xəbərlər

Cinayət cəzasız qalanda

Fransa törətdiyi qanlı əməllərə görə məsuliyyətə cəlb edilməlidir

"Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının Fransanın dənizaşırı icma ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu ilin martında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısının vurğuladığı kimi, həqiqətən fransız müstəmləkəçiliyi tarixinin özünəməxsus xüsusiyyətləri var. Əvvəla, onu deyək ki, Fransa müstəmləkə imperiyası ingilislərdən sonra ikinci böyük imperiya olub. Onun müstəmləkələrinin əksəriyyəti Afrika qitəsində yerləşirdi. Bütün fransız müstəmləkələri arasında Mozambik kanalının şimal-şərqində yerləşən kiçik Mayot adası isə xüsusi yer tutur. Bu adanın özəlliyi nədir? Nəyə görə, 150 ildən çox bu adaya hökmranlıq edən Fransa heç vaxt ondan üz döndərmir? İlk səbəb, adanın Hind okeanında strateji əhəmiyyətli nöqtə olmasıdır. IX əsrdən XIX əsrə qədər Mayot əsasən Fars körfəzi ölkələrindən gələn qul ticarəti üçün keçid məntəqəsi kimi xidmət edib. Bu fonda Fransanın müstəmləkə rəhbərliyi öz hərbi mövcudluğunu gücləndirmək, eləcə mülklərini genişləndirmək üçün Qəmər adalarını ələ keçirmək qərarına gəlir buna nail olur. 1912-1945-ci illərdə Mayot Qəmər adaları kimi Madaqaskar koloniyasının bir hissəsi idi. Amma İkinci Dünya müharibəsindən sonra Qəmər adaları muxtariyyətin genişləndirilməsi üçün səy göstərməyə başlayır. 1946- ildə bir sıra fərman qanunvericilik aktından sonra 4- Respublikanın yaradılması nəricəsində Qəmər adaları, nəhayət Fransanın xarici ərazisi statusu alır. 1973- il iyunun 15- rəsmi Paris Moroni arasında imzalanmış sazişdə 1974- ilin dekabrında keçirilməli olan referendumun nəticələrinin "ada-ada deyil, qlobal məzmunda" qəbul olunacağına dair bənd yer almışdı. 1975-ci ildə müstəqil Qəmər Adaları Respublikası yaranır tərkibindəki 4 ada ilə BMT-nin tamhüquqlu üzvü olur. BMT-nin Baş Məclisi bütün 4 ada üzərində Qəmər Adaları Respublikasının suverenliyini tanıyır Fransanı həmin adaları tərk etməyə çağırır. Lakin Fransa BMT-nin tələbinə məhəl qoymur. 1976- ildə Qəmər adaları hökuməti yenidən BMT-dən dövlətin ərazi bütövlüyünün qorunması üçün tədbirlər görməsini tələb edir. Bu dəfə Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından istifadə edərək qətnaməyə veto qoyur. BMT Baş Məclisi 1979-cu il 12 dekabr tarixli qətnamə ilə yenidən Qəmər adalarının Mayot adası üzərində hüquqlarını tanıyır Fransadan müstəqil bir dövlətin ərazisini tərk etməsini təkrar tələb edir. Bütün bunlara baxmayaraq, Fransa Qəmər adaları məsələsində beynəlxalq hüququ rədd edərək işğalçı, müstəmləkəçi olduğunu bir daha ortaya qoyur.

2019-cu ildə Qoşulmama Hərəkatının dövlət hökumət başçıları Mayot adası üzərində Qəmər Adaları İttifaqının mübahisəsiz suverenliyini bir daha təsdiq edib. Bununla, qurum 2009-cu il martın 29-da keçirilən referendumu Qəmər adası olan Mayotun Fransanın 1001-ci departamentinə çevrilmə prosesini qınayaraq etibarsız sayıb. Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayotu işğal altında saxlamaqda davam edir. Belə ki, BMT Baş Assambleyası 1994- ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə , Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Bu işğalçı ölkə, həmçinin öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya azadlıq vermir. Onu da deyək ki, fransızların müstəmləkəçilik siyasəti, bu istiqamətdəki fəaliyyəti təkcə bununla məhdudlaşmır.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı digər bir məqama da diqqət çəkib: "Biz həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə soyqırımı aktlarına görə üzr istəməyə məsuliyyətini etiraf etməyə çağırırıq". Bəli, fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetirib. Ümumilikdə, 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub.

Fransanın işğalçı Ermənistana açıq-aşkar dəstəyi bu ölkənin müstəmləkəçilik siyasətindən irəli gəlir. Bir daha aydın olur ki, Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan konfliktinin 30 ilə yaxın bir müddətdə həllini tapmamasının əsas səbəblərindən biri danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışmasıdır.

XVII əsrin əvvəllərindən başlayaraq fransızlar Şimali Amerikanı işğal edib, 1963- ildə Kanada bütövlükdə Fransa səltənətinə daxil edilib, XVII əsrin 30-cu illərində isə Qvadelupa, Martinika Haitinin bir hissəsi işğal olunub. İşğalla bərabər yerli əhalinin böyük əksəriyyəti qətlə yetirilib, bir hissəsi Avropanın Amerikanın qul bazarlarında satılıb s. Qəribəsi təəccüblüsü isə odur ki, bütün bunları çox gözəl bilən dünya bu müstəmləkəçini, barbarı "demokratik" bir dövlət kimi qəbul edir. Görəsən, "demokratiya" sözünün mənasını bu dünya həqiqətənmi anlamır? Elə isə dünyanın özünün dəyişməsinə ehtiyac var!

Zümrüd QURBANQIZI,

"Respublika".