Cin Baderşnayder: Cənub Qaz Dəhlizinin açılması Avropa üçün çox strateji yüksəlişdir
MÜSAHİBƏLƏR

Cin Baderşnayder: Cənub Qaz Dəhlizinin açılması Avropa üçün çox strateji yüksəlişdir

X Qlobal Bakı Forumu çox unikaldır. Bu Forumda müxtəlif fikirlər səslənir və müzakirələr aparılır.

Bu sözləri Köləliyin müasir formalarının aradan qaldırılması üçün Qlobal Fondun İdarə Heyətinin sədri, "Exxon Mobile" şirkətinin keçmiş vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder söyləyib.

Azərbaycanın ərazi baxımından kiçik ölkə olmasına baxmayaraq, son bir neçə ildə Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verdiyini vurğulayan C.Baderşnayder deyib: "Azərbaycan bir neçə ölkəyə - Bolqarıstana, Rumıniyaya qaz ixracını artırıb. Cənub Qaz Dəhlizinin açılması Avropa üçün çox strateji yüksəlişdir. Bu, enerji təhlükəsizliyinə böyük töhfədir".