Çin
İQTİSADİYYAT

Çin

İyunun 1- iqtisadiyyat naziri Mikayıl Cabbarov "China International Energy Sources Group Co., Ltd." şirkətinin nümayəndələri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Çin şirkətləri ilə işgüzar dialoqun genişlənməsinin önəmi vurğulanıb, Azərbaycanın əlverişli biznes investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, ölkəmizdə alternativ bərpaolunan enerji sahəsində reallaşdırılan perspektiv layihələr barədə məlumat verilib.

Tərəflər Azərbaycanın "yaşıl" enerji potensialı, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 2021-ci ildə yaradılmış "China Energy International Group Co., Ltd." Çinin aparıcı şirkətlərindəndir. Şirkət "yaşıl" enerji aşağı karbonlu enerji layihələrinin inkişafı üçün ümumi həllər xidmətlər təqdim edir.