Çikaqoda 28 May Azərbaycan Respublikası Günü elan edilib
Siyasət

Çikaqoda 28 May Azərbaycan Respublikası Günü elan edilib

ABŞ-ın Çikaqo şəhərinin meri Brendon Conson 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bəyannamədə bildirilib ki, yarandığı gündən Çikaqo şəhəri dünyanın hər yerindən gələn, müxtəlif mədəni irsi ilə öyünən fərqli, parlaq insanların icmalarına ev sahibliyi edir.

Çikaqonun incəsənət musiqi, biznes maliyyə, hüquq hökumət, təhsil sosial xidmətlər, elm tibb sahələrində şəhəri dəstəkləyən qürurlu enerjili Azərbaycan-Amerika icmasının da evi olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (ACMA) Çikaqo ilə Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanı təşviq etmək üçün çalışır.

Çikaqoluların tarixi məhəllələri gücləndirmək, eyni zamanda, şəhəri cəmiyyəti hamı üçün yaxşılaşdırmaq üçün çalışdığını vurğulayan mer xatırladıb ki, 1918-ci il 28 May tarixi Azərbaycan əsilli amerikalılar üçün böyük əhəmiyyət kəsb edən gündür. Çünki həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.

Mer 2023- il 28 May tarixini "Azərbaycan Respublikasının Günü" elan edərək, şəhər sakinlərini Çikaqonun mədəni müxtəlifliyinə töhfələr verən Azərbaycan icmasının bayramına qoşulmağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv-təşkilatı olan ACMA-nın təşəbbüsü əsasında İllinoys ştatının meri - qubernatoru Cey Robert Pritsker Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb.