Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelledən
Məktublar

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelledən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!

Dost Azərbaycan xalqının Sizin atanız və sələfiniz, ölkənizin tarixinə ən böyük töhfə vermiş Prezident Heydər Əliyevin 100 illiyini qeyd etdiyi günlərdə Zati-alinizə ehtiramımı, səmimi təbriklərimi çatdırmaqdan şərəf və böyük məmnunluq duyuram.

Cibuti xalqı və hökuməti Azərbaycan xalqına öz rəğbətini və dostluq hisslərini ifadə etməklə mənim təbriklərimə qoşulur. Qədirbilən Azərbaycan xalqı haqlı olaraq dəyişikliklərin müəllifi olmuş və ölkənizi sabitlik, dayanıqlı inkişaf yolu ilə irəliyə aparmış Ümummilli Liderinin xatirəsini daim əziz tutur. O, uzaqgörən və xarizmatik lider olaraq ölkənin təbii sərvətlərindən, ilk növbədə, enerji ehtiyatlarından səmərəli istifadə ilə rəşadət nümayiş etdirib.

Heydər Əliyev siyasi praqmatizmin dəyişməz istiqamətvericisi və mövcud reallıqlara söykənən islahatların həyata keçirilməsində etalon kimi xalqın yaddaşında həmişəlik qalacaqdır.

Sizi və dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Zati-aliləri, cənab Prezident, ən səmimi qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

İsmail Ömər Qelle

Cibuti Respublikasının Prezidenti