Ceyhun Bayramovla rusiyalı həmkarı arasında telefon danışığı olub
Digər xəbərlər

Ceyhun Bayramovla rusiyalı həmkarı arasında telefon danışığı olub

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın bir ilinin tamam olması astanasında birgə Bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

AZƏRTAC