Ceyhun Bayramov ilə gürcüstanlı həmkarı arasında telefon danışığı olub
SİYASƏT

Ceyhun Bayramov ilə gürcüstanlı həmkarı arasında telefon danışığı olub

Avqustun 6-da xarici işlər naziri Ceyhun Bayramov ilə gürcüstanlı həmkarı İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə edilən hücumu qınayıb və Azərbaycan ilə həmrəylik ifadə edib.

 Nazir Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, törədilən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın aidiyyəti qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.

AZƏRTAC