Ceyhun Bayramov Hakan Fidanı ölkəmizə səfərə dəvət edib
Siyasət

Ceyhun Bayramov Hakan Fidanı ölkəmizə səfərə dəvət edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb ona uğurlar arzulayıb.

Ceyhun Bayramov dərin köklərə, ortaq maraq dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazir Hakan Fidanı ölkəmizə səfərə dəvət edib.

Yeni nazir təbriklərə xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.