Ceyhun Bayramov Gürcüstanın keçmiş xarici işlər naziri ilə telefonla danışıb
Digər xəbərlər

Ceyhun Bayramov Gürcüstanın keçmiş xarici işlər naziri ilə telefonla danışıb

Aprelin 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov David Zalkalianinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib.

Nazir David Zalkalianiyə yeni, Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsində uğurlar arzulayıb.

AZƏRTAC