Ceyhun Bayramov: Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur
MÜSAHİBƏLƏR

Ceyhun Bayramov: Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur

Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.

O deyib ki, görüşdə ölkələrimiz arasında ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri, iqtisadi sahədə münasibətlərin potensialı müzakirə edilib.

Bildirilib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 10-dan çox saziş hazırda Azərbaycan və Slovakiya tərəfində baxılmaqdadır.

AZƏRTAC