Ceyhun Bayramov: Azərbaycan və Çexiya azad edilmiş ərazilərin bərpasında böyük əməkdaşlıq potensialına malikdir
MÜSAHİBƏLƏR

Ceyhun Bayramov: Azərbaycan və Çexiya azad edilmiş ərazilərin bərpasında böyük əməkdaşlıq potensialına malikdir

Azərbaycan Respublikası və Çex Respublikası azad edilmiş ərazilərin bərpası sahəsində böyük əməkdaşlıq potensialına malikdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek ilə keçirdiyi birgə brifinqdə deyib.

C.Bayramov bildirib ki, brifinqdən əvvəl keçirilmiş görüşdə o, çexiyalı həmkarını Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilər tərəfindən törədilən dağıntılar, ərazilərin minalanması və mina xəritələrinin Azərbaycana təqdim edilməməsi barədə məlumatlandırıb.

AZƏRTAC