Cənub qonşumuzun düşmənçilik siyasətinin gizlinləri
Digər xəbərlər

Cənub qonşumuzun düşmənçilik siyasətinin gizlinləri

Özünü "din qardaşı" adlandıran xain İran çirkin əməllərini davam etdirir. Düşmən Ermənistandan heç geri qalmayan mollalar ölkəmizə qarşı açıq şəkildə düşmənçilik siyasəti yeritməkdədir. İran tərəfi hətta ölkəmizə sızıb dini əlində bayraq tutaraq öz məzhəblərinə qulluq edən dırnaqarası dövlət yaratmaq xəyalına da düşübİranın belə üzqarası nümayəndələrindən biri Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətülislam Seyid Əli Əkbər Ocaq Necat idi. zaman Azərbaycan-İran münasibətləri  gərginləşsə, istər mediada, istərsə ictimaiyyət arasında məhz Ocaq Necatın adı  gündəmə gəlmişdir.

Ocaq Necat mollaların ölkəmizdə fəaliyyət göstərən ən "uzunömürlü" dırnaqarası nümayəndəsi olmuşdur. Belə ki, o, 30 il müddətində Azərbaycanda qalmış, İranın məkrli planlarını dinlə pərdələyərək həyata keçirməyə çalışmışdır. Buradan Ocaq Necatın məhz İran tərəfindən xüsusi missiya ilə ölkəmizə göndərilməsi bir daha öz təsdiqini tapır. Ən təəccüblüsü isə geridə qoyduğumuz illər ərzində İranın Azərbaycandakı səfirlərinin tez-tez dəyişməsinə baxmayaraq, Ocaq Necatın "toxunulmaz" olaraq qalması idi. Çünki Necatın molla rejiminə müvafiq olaraq müəyyənləşdirilmiş vəzifəsi İran üçün xüsusi əhəmiyyət kəsb etmişdir. O da  özünü gizli tutmaq üçün israrla diplomat olduğu yalanını ictimaiyyətə bəyan etməyə çalışırdı. Onun əsas məqsədi Azərbaycan Respublikasında İran tipli dövlətin qurulması, mollalara xidmət edən sosial bazanın yaradılması ölkədəki ictimai-siyasi proseslərə təsir yönündə fəal aparmaq idi. Ocaq Necatın bu cür alçaqlığı, açıq çıxışlar dini təbliğatla yanaşı, geniş məxfi fəaliyyətilə müşayiət olunurdu. Mollaların ölkəmizdə təsir qabiliyyətinə malik kütləsinin formalaşdırılması, qatı radikal iranpərəstlərin beyninin yuyulması, ideoloji təxribatlar da məhz "diplomatın" mənfur fəaliyyətinin əsasını təşkil edirdi.

Necat Azərbaycanda olduğu çalışdığı müddət ərzində sırf molla ideologiyasının təbliğatı ilə məşğul olmuş, "Hüseyniyyun" ya "Hüseynçilər" adı ilə aşkar, qatı iranpərəstlər qrupunun formalaşdırılması istiqamətində "addımlar atmışdır". Onun vəzifəsinə uyğun gəlməyən çirkin əməlləri barədə yerli mətbuatda gedən yazılarda kifayət qədər ifşaedici məqamlar ortaya çıxmışdır. Nəzərə alaq ki, Azərbaycan cəmiyyəti dini cəhətdən tolerantdır burada bəlli dinlər fəaliyyət göstərir. Ancaq o ona bağlı şəxslər burada sadəcə təriqətlərarası nifaq toxumu səpməyə xidmət göstərmişlər. Bundan başqa, molla casuslarının ifşası ilə bağlı işlərdə vaxtaşırı adı hallanmışdır. Bu dırnaqarası diplomatın  belə xoşagəlməz əməllərdə adının hallanması İranın ölkəmizdəki nüfuzuna da kifayət qədər xələl gətirmiş, mollaların üzü bir daha sübut olunmuşdur. Hətta 2011-ci ildə Azərbaycan təhlükəsizlik orqanları tərəfindən məsuliyyətə cəlb olunan "Cəfəri" adlı radikal dini qrup üzvlərinin məhz İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəliyi tərəfindən maliyyələşdirildiyi İran Mədəniyyət Mərkəzinin əməkdaşları ilə sıx əlaqədə olduğu aşkarlanmışdı. Hər iki qurumun da Ocaq Necatın rəhbərliyi altında fəaliyyət göstərməsi faktı da şübhə doğurmur. Çünki "diplomat" ölkəmizdə İran Mədəniyyət Mərkəzinin həm yaradıcısı, həm sədri olmuşdur.

Ümumilikdə, onun 30 illik fəaliyyəti ərzində iki ölkə arasındakı əlaqələrdə heç bir irəliləyiş əldə edilməmiş, əksinə vəziyyət daha da mürəkkəbləşmişdir. Bu baxımdan, mollaların agentinin ölkədən getməsi vəziyyətin stabilləşdirilməsi üçün görülmüş ən uğurlu tədbirlərdən idi. Şübhəsiz, Tehran Bakı arasındakı əlaqələr paytaxtlarda fəaliyyət göstərən səfirliklər vasitəsilə həyata keçirildiyi üçün özünü dinlə pərdələyən şəxsə heç bir ehtiyac yox idi. İran bunu bildiyi halda, yenə təxribatlarına davam etdirmişdir. İstər İran, istərsə digər xəbis niyyətli qüvvələr unutmasınlar ki, kim həddini aşaraq Azərbaycana qarşı hər hansı bir çirkin əməl törətməyə cəhd etsə, dövlətimiz tərəfindən layiqli cavabını alacaqdır.

Nəzrin ELDARQIZI,

"Respublika".