Cəlilabad:  Yerli  əhəmiyyətli  yollar  yenidən  qurulur
Region

Cəlilabad:  Yerli  əhəmiyyətli  yollar  yenidən  qurulur

“Yol  iqtisadiyyat,  mədəniyyət,  bir  sözlə  həyat  deməkdir”.  Bunu  ümummilli  liderimiz  Heydər  Əliyev  öz  çıxışlarında  dəfələrlə  bəyan  edib.  Əsası  ulu  öndər  tərəfindən  qoyulan  və  hazırda  Prezident  İlham  Əliyev  tərəfindən  uğurla  həyata  keçirilən  siyasi  kursun  hədəflədiyi  son  məqsəd  də  ölkədə  güclü  iqtisadiyyat  qurmaq,  dünyaya  inteqrasiya  olunmaq  və  Azərbaycan  vətəndaşlarının  həyat  səviyyəsini,  rifahını daha da yüksəltməkdir.    

Cəlilabad  şəhərində  sakinlərin  rahatlığını  təmin  etmək  məqsədilə  yenidənqurma  işləri  davam etdirilir.  Qeyd  edək  ki,  son  günlər  Cəlilabad  Rayon  İcra  Hakimiyyətinin  tədbirlər  planına  uyğun  olaraq  Cəlilabad  şəhərinin  yol-nəqliyyat  infrastrukturunun  təkmilləşdirilməsi  istiqamətində  kompleks  tədbirlər  həyata keçirilir, şəhərdaxili  küçələrə  mərhələli  şəkildə  asfalt  örtüyü  döşənir.

Rayon  icra  hakimiyyəti  başçısının  birinci  müavini  Qalib  Xudaverdiyev  Cəlilabad  şəhəri N.Gəncəvi  küçəsinin  600  metrdən  artıq  hissəsində  aparılan   asfaltlanma  işləri  ilə  yerində  tanış  olmuş,  işlərinin  keyfiyyətli  və  normalara  uyğun   aparılması  üçün  aidiyyəti  şəxslərə  müvafiq  tapşırıqlar  vermişdir.

Ərəstun   ABDULOV, 

“Respublika”.