Cəlilabad:  qazilər  ziyarət  olunur
Region

Cəlilabad:  qazilər  ziyarət  olunur

Cəlilabad  Rayon  İcra Hakimiyyətinin  başçısı  Rafiq  Cəlilov  və  Aparatın  əməkdaşları  II  Vətən müharibəsi    döyüşləri   zamanı   yaralanan   qazi   Hüseynov  Elnur  Malik  oğlunu  evində  ziyarət   edib.   Ziyarət  zamanı  ailənin  problemləri  və  qazinin  səhəti  ilə  maraqlanan  rayon  rəhbəri   qaziyə   smartfon  telefonu  hədiyyə  edib,  ailəyə  yardım  göstərilib.  Rafiq  Cəlilov  qazi  ilə  söhbət  zamanı  ona  şəfa  diləyərək  qeyd  edib  ki,  öz  qanı  və  canı  bahasına  Vətən  torpağının  müdafiəsinə  qalxanlar,  onların  ailələri  daim  diqqətdə  saxlanılırlar.  Məhz    onların  göstərdiyi  şücaət  nəticəsində  30  ilə  yaxın  işğal  altında  olan  torpaqlarımız  düşmən  tapdağından  azad  olundu.  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  gedən  döyüşlərdə  ordumuz  dünyaya  qüdrətini  bir  daha  sübut  etdi.  Ölkəmizdə  şəhid  ailələri və   müharibə  əlillərinin  problemləri  daim  diqqət  mərkəzindədir  və  son  illər  ərzində  bu  istiqamətdə  çox  böyük  işlər  görülür.  RİH  başçısı qeyd  etdi  ki,  ölkə  başçısı  cənab  İlham  Əliyevin  imzaladığı  Fərman  və  sərəncamlar  bunu  bir  daha  təsdiq  edir.  Şəhid  ailələri,  müharibə  əlilləri və  veteranların  sosial  ehtiyaclarının  ödənilməsi,  həmçinin,  bu  insanların  mənzil  və   avtomobillərlə  təmin  olunması,  ali və orta ixtisas məktəblərində oxuyan övladlarının  təhsil  haqqından  azad  edilməsi  ölkə  ictimaiyyəti  tərəfindən  yüksək  minnətdarlıqla  qarşılanır.    

Qazimiz  keçdiyi  döyüş  yolundan  danışıb,  öz  təəssüratlarını  bölüşüb.  Elnur  Malik  oğlu  Hüseynov   döyüşlərdə  göstərdiyi  qəhrəmanlığa  görə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  sərəncamları  ilə  “Cəsur  döyüşçü”,  “Füzulinin  azad  olunmasına  görə”,  “Qubadlının  azad  olunmasına  görə”,  “Şuşanın  azad  olunmasına  görə”  medalları  ilə  təltif  olunub.  

E. Hüseynovun   ailə  üzvləri   övladlarının  qəhrəmanlığı  ilə  fəxr  etdiklərini,   Vətən  müharibəsi   şəhidlərinin  ailələrinə,   qazilərə  və  müharibə  əlillərinə  göstərilən  diqqət  və  qayğıya  görə  Azərbaycan  Prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyevə,  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya  öz  dərin  minnətdarlıqlarını  bildiriblər.                           

         Ərəstun   ABDULOV, 

         “Respublika”.