Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
Digər xəbərlər

Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan Ermənistan respublikası vətəndaşları - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak ediblər.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərə hüquqları izah edilib, onların dövlət hesabına vəkillər və tərcüməçi ilə təmin olunduqları bildirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Bu cinayət işi üzrə məhkəmə baxışı iclası iyulun 26-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci, 276-cı, 279.1-ci və 318.2-ci maddələri ilə ittiham olunurlar.

AZƏRTAC