“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır
Digər xəbərlər

“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviadaşıyıcısı  kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır.

Şənbə günləri həyata keçirilən reyslərdən əlavə, 4 iyul tarixindən etibarən bu istiqamət üzrə  uçuşlar  çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də həyata keçiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki - “Standart” və “Super” tariflər üzrə təklif edir. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir.

Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.

Aviabiletlərin dəyəri  55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalında  xidmət göstəriləcək.

Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin https://www.butaairways.az/az/covid/turkey saytında  tanış olmaq  olar.

Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri isə  Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalı, koronavirus (COVİD-19) infeksiyasına dair PCR-testin neqativ nəticəsi barədə arayışa malik olmalıdılar.  Azərbaycan ərazisinə giriş şərtləri ilə https://www.butaairways.az/az/covid/azerbaijan keçiddən istifadə etməklə tanış olmaq  mümkündür.

Türkiyədə koronavirus (COVİD-19) infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin https://www.butaairways.az/az/covid/azerbaijan  saytında dərc edilmişdir

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal  binasına buraxılmayacaqlar.

“Buta Airways” aviaşirkətinin mətbuat xidməti.