Budapeştdə Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
Digər xəbərlər

Budapeştdə Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib

Budapeştdə Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib.

Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısı çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika təbii sərvətlər naziri Fateh Dönməz ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir Pərviz Şahbazov Türkiyədə baş vermiş faciədən kədərləndiyini Azərbaycanın qardaş ölkənin hər zaman yanında olduğunu bildirib.

Görüşdə Türkiyə üzərindən qaz tranziti, Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində Trans Anadolu Boru Kəmərinin (TANAP) ötürücülük gücünün artırılması, SOCAR, BOTAŞ TPAO arasında karbohidrogen yataqlarının kəşfiyyatı hasilat sahəsində yeni əməkdaşlıq imkanları, İğdır-Naxçıvan boru kəməri layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib. Yaxın müddətdə kəmərin Türkiyədən keçən hissəsinin tikintisinə başlanılacağı bildirilib.

Həmçinin Naxçıvanda investorlarla həyata keçiriləcək böyük həcmli külək günəş enerjisi layihələrindən bəhs edilib. Bu enerjinin böyük bir qisminin Türkiyəyə ixracı, eləcə bu ölkə vasitəsilə "yaşıl enerji"nin Avropaya tədarükü istiqamətində atılacaq addımlara toxunulub. Yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün iki ölkə arasında enerji sahəsində müvafiq sənədin imzalanmasının vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.