Bu şəhərin daha bir igid yetirməsi
Region

Bu şəhərin daha bir igid yetirməsi

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəisi İlkin Məmmədov, şəhər icra hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Əli Mənəflinin məzarı önünə  gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə şəhidin ailəsinə başsağlığı verib.

Bildirdi ki, Şirvan şəhərinin igid yetirməsi olan Əli Mənəfli Vətən müharibəsində şücaət göstərib şəhidlik məqamına yüksəldi.Biz qəhrəman oğullarımızla fəxr edirik. Tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» tək Azərbaycana deyil, bütün Qafqaza sülh, ədalət, inkişaf gətirdi. Qeyd etdi ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla,  Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyur,iftixar hissi keçirir.
Millət vəkili İltizam Yusifov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından danışdılar. Qeyd etdilər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Mənəfli Əli də daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi hər zaman yad ediləcəkdir.
Şəhidin valideynləri övladı ilə qürur duyduğunu bildirdi. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

                               Tofiq HÜSEYN,

                              “Respublika”.