Bu il İqtisadi Şuranın ilk iclası keçirilib
İQTİSADİYYAT

Bu il İqtisadi Şuranın ilk iclası keçirilib

Yanvarın 27-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda İqtisadi Şuranın 2023-cü il üzrə Fəaliyyət Planı və maliyyə-bank sektoruna dair vergi məsələləri ətraflı müzakirə olunub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.