Bu il 6 mindən çox şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib
Sosial həyat

Bu il 6 mindən çox şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il tənha və əlilliyi olan 6020 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib. Onlardan 4 mini ahıl şəxslər, yəni yaşı 70 və yuxarı olanlardır.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə sosial xidmətçilər tərəfindən evdə (səyyar) sosial xidmətlər göstərilir. Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək olur, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.

"Respublika".