Bu gün COVID-19 əleyhinə 69 min dozaya yaxın peyvənd vurulub
Səhiyyə

Bu gün COVID-19 əleyhinə 69 min dozaya yaxın peyvənd vurulub

Oktyabrın 1-də Azərbaycanda 68 min 732 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 121 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 623 min 360, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 778 min 843, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 844 min 517 nəfər təşkil edir.

AZƏRTAC