Bu gün Azərbaycanda koronavirusa qarşı 78 minə yaxın vaksin vurulub
Səhiyyə

Bu gün Azərbaycanda koronavirusa qarşı 78 minə yaxın vaksin vurulub

Avqustun 3-də Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı 77 min 785 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 47 min 560, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 30 min 225 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 119 min 407-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 971 min 686, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 147 min 721 nəfərdir.

AZƏRTAC