Bu gün Azərbaycanda koronavirusa qarşı 59 mindən çox peyvənd vurulub
Səhiyyə

Bu gün Azərbaycanda koronavirusa qarşı 59 mindən çox peyvənd vurulub

Avqustun 10-da Azərbaycanda 59 min 288 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 936 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 478 min 42, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 200 min 107, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 277 min 935 nəfər təşkil edir.

AZƏRTAC