Bu gün Azərbaycanda COVID-19 əleyhinə 44 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 44 min dozadan çox peyvənd vurulub

Fevralın 9-da Azərbaycanda 44 mın 505 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 438, ikinci mərhələ üzrə - 2 min 165, "buster" doza ilə peyvənd olunanların sayı isə 38 min 902 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 306 min 245, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 255 min 473, ikinci mərhələ üzrə 4 milyon 756 min 764, vurulan "buster" doza vaksinlərin ümumi sayı isə 2 milyon 294 min 8-dir.

AZƏRTAC