Bu gün Azərbaycanda COVID-19 əleyhinə 38 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 38 min dozadan çox peyvənd vurulub

Fevralın 3-də Azərbaycanda 38 min 436 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1921, "buster" doza ilə peyvənd olunanların sayı isə 33 min 435 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 114 min 431, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 239 min 838, ikinci mərhələ üzrə 4 milyon 746 min 927, vurulan "buster" doza vaksinlərin ümumi sayı isə 2 milyon 127 min 666-dır.

AZƏRTAC