Bu gün Azərbaycanda COVID-19 əleyhinə 35 minə yaxın peyvənd vurulub
Səhiyyə

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 35 minə yaxın peyvənd vurulub

Yanvarın 29-da Azərbaycanda 34 min 546 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1889, "buster" doza ilə peyvənd olunanların sayı isə 29 min 712 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 971 min 021, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 228 min 014, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 740 min 859 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 2 milyon 002 min 148 nəfər təşkil edir.

AZƏRTAC