Bu gün Azərbaycanda COVID-19 əleyhinə 30 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 30 min dozadan çox peyvənd vurulub

Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) əleyhinə 30 min 157 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 659, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 min 590 nəfərdir.

Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 11 milyon 286 min 4, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 163 min 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 669 min 820, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 452 min 237 nəfər təşkil edir.

AZƏRTAC