Bu gün Azərbaycanda COVID-19 əleyhinə 27 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 27 min dozadan çox peyvənd vurulub

Yanvarın 5-də Azərbaycanda 27 min 417 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 453 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 21 min 453 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 373 min 965, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 171 min 942, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 680 min 213 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 521 min 810 nəfər təşkil edir.

AZƏRTAC