Bu format hər üç dövlətin mənafeyinə uyğundur
Digər xəbərlər

Bu format hər üç dövlətin mənafeyinə uyğundur

Ölkələr arasında strateji tərəfdaşlıq, əməkdaşlığın inkişafı genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə müvafiq olaraq Azərbaycan-Türkiyə-Gürcüstan arasında əməkdaşlıq regionda sülhün sabitliyin qorunmasına, rifah səviyyəsinin artırılmasına xidmət edir. Üç ölkənin birgə formatı istənilən baxımdan dövlətlərin maraq mənafelərinə uyğundur. Bununla yanaşı, hərbi əməkdaşlığın inkişafı istiqamətində önəmli addımlar atılır. Türkiyə NATO-nun üzvüdür. Gürcüstan isə NATO-ya üzvlük yolunda böyük məsafələr qət etmiş bir dövlətdir. Bu mənada birgə hərbi təlimlərin keçirilməsi olduqca əhəmiyyətlidir.

Azərbaycanın təşəbbüskarı olduğu üçtərəfli əməkdaşlıq formatlarından birincisi Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığıdır. Bu üçlük Cənubi Qafqazdan əlavə, Xəzər-Qara-Aralıq dənizi hövzələrini birləşdirən strateji bölgəni əhatə edir. Bu üçbucağın formalaşmasının əsasında tarixi mədəni əlaqələr, coğrafi qonşuluq, vahid tranzit dəhlizinin tərkib hissələri olmaq, birgə iqtisadi əməkdaşlıq üçün əlverişli şərait siyasi iradə dayanır. Hər üç ölkə bir-biri ilə strateji tərəfdaşdır. Belə ki, Azərbaycan həm Türkiyə, həm Gürcüstanla, eləcə Türkiyə ilə Gürcüstan öz aralarında strateji tərəfdaşdırlar. Hələ 1997-ci il fevralın 18- "Azərbaycan Respublikası ilə Gürcüstan arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Bəyannamə", 1997-ci il mayın 5- isə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" imzalanıb. Bununla yanaşı, Azərbaycanın Milli Məclisi, digər tərəfdaş ölkələr kimi Azərbaycan, Gürcüstan Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiq etdi. Bu isə hər üç ölkə arasında hərbi əlaqələrin daha da genişlənməsi, gücləndirilməsi keyfiyyət baxımından yeni bir səviyyəyə çatdırılması üçün çox vacib sənəd hesab edilir.

2014- ildən başlayaraq Azərbaycan, Türkiyə Gürcüstan müdafiə nazirləri səviyyəsində baş tutan görüşlər isə mütəmadi olaraq hər 6 aydan bir, növbə ilə ölkələrdən birinə ötürülür. Azərbaycanın evsahibliyi etdiyi növbəti üçtərəfli görüş Bakıda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə başlayıb.

2022-ci il dekabrın 21- Türkiyədə Azərbaycan, Türkiyə Gürcüstan müdafiə nazirləri Zakir Həsənov, Hulusi Akar Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilməsi məhz regionda sabitliyin bərpasına hesablanmış addım idi. Görüşdə regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişafı, ikitərəfli üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib. Cənubi Qafqaz regionu ilə bağlı ümumi baxışı bölüşən həmkarların - Cuanşer Burçuladze Zakir Həsənov arasında keçirilən görüşdə ölkələrə aid mövcud potensial əməkdaşlıq məsələlərinin geniş perspektivdə müzakirə edilməsi, regional dünyəvi olaraq məlumat mübadiləsi aparılması da bu baxımdan əhəmiyyətlidir. Gələcəyin qurulması ideyası əsasında üç ölkə arasında müdafiə, təhlükəsizlik məsələləri müdafiə sənayesi daxil olmaqla əməkdaşlıq getdikcə davam edir. 2020-ci ildə "Müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun qüvvəyə minməsi ilə hər üç dövlətin müdafiə təhlükəsizlik sahələrində mühüm irəliləyiş əldə etməsi birgə fəaliyyətin uğurlu nəticəsidir.

Hər üç ölkənin birgə hərbi təlimlər keçirməsi Azərbaycan ordusunun inkişafı NATO standartlarına uyğunlaşması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan-Türkiyə-Gürcüstan formatı xeyli vaxtdır fəaliyyətdədir. Azərbaycana gəldikdə isə ölkəmiz hələlik NATO-ya üzvlük kursu seçməsə , dövlətimizin xarici siyasət kursu avroatlantik strukturlara inteqrasiyaya hesablanıb. Təlimlərin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır. Təlimlərdən məqsəd Bakı-Ankara-Tiflis müttəfiqliyini genişləndirməkdir. Hər üç ölkənin birgə hərbi təlimlər keçirməsi Azərbaycan ordusunun inkişafı NATO standartlarına uyğunlaşması baxımından böyük əhəmiyyətə malikdir.

Nurlan ABDALOV,

"Respublika".