Böyük Qayıdışın ilk addımı - Cocuq Mərcanlı
Digər xəbərlər

Böyük Qayıdışın ilk addımı - Cocuq Mərcanlı

Uğurlu Aprel döyüşləri zamanı şimal istiqamətində Goranboy rayonu Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi, cənubda isə Horadiz şəhəri Araz çayı boyu bəzi kəndlərin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu mühəndis-istehkam tədbirləri həyata keçirildi. Ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi. Azərbaycan ordusu İrəvan - Qafan strateji yolunu Aprel döyüşlərindən cəmi 2 il sonra nəzarətə götürdü. Bununla yanaşı, strateji yüksəkliklərdə möhkəmlənən ordumuz Naxçıvan ərazisində 90- illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımızı da azad etdi.

Böyük Qayıdışın başlanmasının əsasının qoyulması məhz Aprel döyüşlərinin yaratdığı reallıqla bağlıdır. Aprel zəfəri problemin həllində yeni mərhələ yaratmaqla status-kvonun legitimləşdirilməsi cəhdlərinin mümkün olmadığını bir daha hər kəsə göstərdi. Qeyd etmək lazımdır ki, Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatı deyildi. Düşmənin silahlı birləşmələri təxribata əl ataraq mövqelərimizə hücum edən zaman əks-hücum əməliyyatına başlayan müzəffər ordumuz düşməni geri çəkilməyə məcbur etdi.

Ümummilli lider Heydər Əliyevin qətiyyəti iradəsi sayəsində 1993- ilin dekabrından 1994- ilin yanvarına qədər davam edən Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bir neçə qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Digər ərazilərimizdə olduğu kimi, hayların hərbi dəstələri vaxtilə bu yüksəkliklərdə mövqe tutub Cocuq Mərcanlı ətraf yaşayış məntəqələrini daim atəş altında saxlayaraq dinc sakinləri hədəfə alırdılar. 2016- ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq 50 mənzil 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı. Məhz Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı, Horadiz sair yaşayış məntəqələrimizin təhlükəsizliyi təmin olundu.

Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza uzun illərdir həsrətində olduğu qələbə sevincini yaşatdı. Azərbaycan əsgərinin döyüş mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirən bu zəfər dövlətimizin ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili xarici siyasətinin, sərkərdəlik məharətinin, silahlı qüvvələrimizin əsgər zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması xalqımızın ordu ilə birliyi Aprel döyüşlərində qazanılan qələbənin əsas səbəbidir.

44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının "Böyük Qayıdış"ın başlanğıcı olan Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükənin tamamilə aradan qaldırılmasını təmin etdi. Təsadüfi deyil ki, məhz Aprel döyüşlərindən sonra dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış"ın başlanğıcı qoyuldu. Ardınca isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 15 iyun tarixli 2985 nömrəli Sərəncamına uyğun olaraq ikinci mərhələyə başlanıldı. İkinci mərhələdə kənddə 100 yaşayış evi, tibb məntəqəsi, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, ərazi nümayəndəliyi üçün inzibati bina, poçt şöbəsi 10/04 kv-luq Kompleks Transformator məntəqəsi tikildi.

Uğurlu Aprel zəfərimizin daha bir nəticəsi olaraq 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı zamanı ümumi olaraq, on bir min hektarlıq ərazinin azad olunması da vurğulanmalıdır. Məhz Aprel döyüşlərindən sonra Azərbaycan ordusundakı özünəinam İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarəti, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alınmasını düşmənə sarsıdıcı zərbələr endirilməsini təmin etdi. Bu uğurlu hərbi gediş 2020-ci il sentyabr ayının 27- başlanan 44 günlük Vətən müharibəsində işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi.

Ermənistan ordumuz tərəfindən elə bir zərbə aldı ki, uzun illər bu məğlubiyyəti unuda bilməyəcəkdir. Bu gün Ermənistanın çaş-baş qalan rəhbəri danışdığını, etdiyini başa düşmür, çünki onların alınmaz saydıqları istehkamları aldıq, uydurduqları "məğlubedilməz" ordusunu darmadağın etdik, silahlarımızın sadəcə bir qisminin gücünü onlara göstərdik.

Nurlan ABDALOV,

"Respublika".