BÖYÜK ÖMRÜN SƏHİFƏLƏRİ
Siyasət

BÖYÜK ÖMRÜN SƏHİFƏLƏRİ

Sovet dövrü

Məlum olduğu kimi, XX əsrdə iki dəfə uğurlu tarixi təsadüf nəticəsində müstəqil Azərbaycan dövlətinin qurulması inkişafı üçün real imkanlar yaranmış, dövlətçiliyin əsası, mahiyyəti olan müstəqillik əldə olunmuşdur. Birinci dəfə əsrin əvvəllərində, rus imperiyasının çökməsi nəticəsində Azərbaycan müstəqillik qazandı, parlamentli respublika olan ADR yarandı. Gözləmək olardı ki, 1918-ci il mayın 28- yaradılmış, az bir vaxtda demokratik mütərəqqi islahatlar keçirməyə nail olmuş ADR zəngin təbii sərvətlər əhatəsində tərəqqi inkişaf edəcəkdir. Ancaq Azərbaycanın müstəqilliyini iki ildən artıq qoruyub saxlamaq mümkün olmadı. Parlament mütləq səs çoxluğu ilə (bir nəfər əleyhinə olmaqla) qərar qəbul edib hakimiyyəti bolşeviklərə təhvil verdi. Bolşeviklər rus ordusunu Azərbaycana dəvət etdilər. Biz bunları yaradan daxili xarici səbəblərdən, bu iki ildə baş verən parlament çəkişmələrindən, bir neçə hökumət dəyişməsindən danışmaq istəmirik (bunlar bir ayrı yazının mövzusudur). Sadəcə olaraq, demək istəyirik ki, müstəqilliyi qorumaq, onu qazanmaqdan qat-qat çətindir.

Beləliklə, Azərbaycan öz müstəqilliyini itirdi, kağızda parlamentli respublika kimi qalsa da, əslində fövqəlbəşər federativ dövlətin, Sovet İttifaqının muxtar qurumlarından birinə - Sovet Respublikasına çevrildi. Düşünürəm ki, Sovet Azərbaycanının tarixində ən əlamətdar hadisələrdən biri 1969-cu ildə Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsinə idarəçilik sahəsində təcrübəli, qətiyyətli xarakterə, güclü intellektə malik bir şəxsin, Heydər Əliyevin seçilməsi idi. Bu dövrdə müstəqillikdən danışmaq mümkün deyildi, müstəqil Azərbaycan haqqında yalnız düşünmək, müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Heydər Əliyev bu yolu tutdu, Azərbaycanın inkişafı üçün sovet dövrünün dövlətinin verdiyi bütün imkanlardan maksimum istifadə etdi. Qısa bir müddətdə, 14 ildə Azərbaycan İttifaqın kiçik xammal respublikasından əhəmiyyətli sənaye mərkəzinə çevrildi. Milli-mənəvi dəyərlər inkişaf etdi, çoxmillətli əhali vahid Azərbaycan xalqına çevrildi.

Hazırda müstəqil Azərbaycanın demək olar ki, bütün əhəmiyyətli sənaye istehsal sahələri, elm mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır. Onun birinci rəhbərliyi dövründə görülən işləri, nailiyyətləri saymaqla qurtaran deyil: Elmlər Akademiyasının yeni binalarının Bakı metrosunun yeni stansiyalarının tikintisi, Respublika Prezident saraylarının, "Azərbaycan" "Abşeron" mehmanxanalarının inşa edilməsi, Bakıda neft-maşınqayırma, Sumqayıtda kimya-metallurgiya, Gəncədə alüminium sənayesinin yaradılması, ittifaq əhəmiyyətli Dərin Özüllər Kondisioner zavodlarının Bakıda tikilməsi, onlarla su istilik elektrik stansiyalarının istifadəyə verilməsi, Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda, Mingəçevirdə yeni-yeni yaşayış massivlərinin inşa edilməsi, Abşeron yarımadasında bütöv bir kurort-istirahət zolağının salınması, neçə-neçə ali təhsil müəssisələrinin, hərbi məktəblərin açılması, neft sənayesinin dirçəldilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, zəhmətkeşin irəli çəkilməsi daha nələr, nələr

Heydər Əliyev böyük siyasətçi, böyük lider olaraq dövrünü qabaqlayırdı, müasirlərinin təsəvvür etmədiyi, o dövr üçün fantastik olan layihələrin həyata keçirilməsinə nail olurdu. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması belə layihələrdən biri idi. Məlum olduğu kimi, sovet dövründə hərb sahəsi, hərbi təhsil bilavasitə mərkəzin nəzarətində idi. Mərkəz (Moskva) hərbi kadrların yetişdirilməsi məsələsinə ciddi nəzarət edir, qeyri-slavyan, xüsusilə türk mənşəli xalqların nümayəndələrinin hərbi rəhbərlikdən kənarda qalmasına çalışırdı. Bu, "böyük qardaş" siyasəti idi, məqsədi aydın idi. Sovet dövründə bunun qarşısını almaq çətin idi. Amma Heydər Əliyev dühası bu "çətin işi"in öhdəsindən gəlmişdi, hələ sovet dövründə Azərbaycanın gələcək milli zabit korpusunun yaradılmasının əsasını qoymuşdu. Həmin illərdə o, azərbaycanlı gənclərin SSRİ-nin məşhur hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına yüksək səviyyəli hərbi təhsil almasına nail olmuşdu.

Heydər Əliyev azərbaycanlı gənclərin təhsil almasına, savadlanmasına, milli mütəxəssislərin yetişməsinə böyük diqqət qayğı göstərirdi. Hazırda müstəqil Azərbaycanın iqtisadiyyatının, mədəniyyətinin, səhiyyəsinin, təhsilinin inkişafına təkan verən, öndə gedən "ağsaqqallar"ın çoxu Heydər Əliyevin birinci rəhbərliyi dövründə gözəl təhsil almış, yüksək səviyyəli mütəxəssis kimi yetişmiş şəxslərdir. Keçən əsrin 70-80-ci illərində hər il yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin qabaqcıl təhsil müəssisələrinə göndərilməsi Azərbaycana lazım olan ixtisaslara yiyələnməsi bir ənənə şəklini almışdı. Azərbaycan dilinə, milli-mənəvi dəyərlərinə qayğı hökumət siyasəti səviyyəsinə qaldırılmışdı. 1978-ci ildə Azərbaycan dili dövlət dili elan olunmuşdu. Şeirə, sənətə qiymət verilməsi, insan faktorunun önə çəkilməsi Azərbaycan rəhbərliyinin prinsipinə çevrilmişdi.

Hər bir ölkənin inkişaf etməsi, irəli getməsi, gələcəyi müstəqilliyi iqtisadiyyatın inkişafından, bu sahədə qazanılan uğurlardan asılıdır. Heydər Əliyev bu tezisi rəhbər tuturdu, xalqın, dövlətin gələcəyinin bu günün iqtisadiyyatından asılı olduğunu uca təfəkkürünün zirvəsindən çox gözəl görürdü. Odur ki, respublika iqtisadiyyatının inkişaf etdirilməsini əsas prioritetlərdən biri hesab edirdi. Onun Azərbaycana birinci rəhbərliyi dövründə - 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi, sənaye, (həmçinin əmək məhsuldarlığı), kənd təsərrüfatı məhsulları, xalq istehlak mallarının istehsalı dəfələrlə artmışdı. İqtisadiyyatda köklü struktur keyfiyyət dəyişiklikləri baş vermiş, tərəqqinin yüksəlişin təməli qoyulmuşdu. Tərəqqi yolunda maneə olan neqativ hallara qarşı mübarizə sistemli şəkil almışdı. Sovet İttifaqında ilk olaraq Azərbaycanda bürokratiyaya, korrupsiya rüşvətxorluğa qarşı, sözün əsl mənasında, müharibə elan olunmuşdu.

1982-ci ildə Heydər Əliyevin Bakıdan Moskvaya, İttifaq rəhbərliyinə gedişi Azərbaycan üçün böyük tarixi hadisə idi. Bu, həm böyük ümummilli sevinc, həm kədər idi. Sevinc bütün türk dünyasının sevinci idi, o vaxtlar Türkiyə mətbuatının da yazdığı kimi, "Türk oğlu Kremldə oturacaqdı Azərbaycana dəstək olacaqdı". Kədər idi, çünki Azərbaycanı görünməmiş ucalığa qaldıran, quran, yaradan, ürəyi xalqla bir vuran milli lider gedirdi, sükanı (o vaxt təsəvvür etmək belə çətindi) əldən-ələ keçəcəkdi, naşı rəhbərlərin xəyanətə bərabər səhvləri ucbatından başı müsibətlər çəkəcəkdi. Bundan sonrakı dövr Sovet İttifaqının dağılması ilə əlamətdardır. Həmin vaxtlar bütün Sovet məkanına yayılmış milli-azadlıq hərəkatı dalğası bu dağılma prosesini sürətləndirdi. Siyasi rəhbərlikdə Qorbaçov kimi qabiliyyətsiz qətiyyətsiz bir şəxsin olması da bu prosesdə böyük rol oynadı.

 

Müstəqillik illəri

Beləliklə, XX əsrdə ikinci bir tarixi təsadüf nəticəsində ADR-in varisi olan müstəqil Azərbaycan Respublikası yarandı. Respublikanın da 1-ci prezidenti Ayaz Mütəllibov təyin (!) olundu. Onun səriştəsizliyi səhvləri ucbatından Azərbaycanda siyasi, iqtisadi sahədə (biz hələ hüquqi islahatları demirik) islahatlar keçirildi. Mütəllibov özünə yeni səlahiyyətlər almaqla konstitusiyaya "65 illik" yaş senzi salmaqla öz "xidmətlər"ini bitmiş hesab etdi. Bu "xidmətlər"i qorumaq mövcud rejimi saxlamaq üçün respublikada hərbi vəziyyət elan edildi.

O dövrdə Mütəllibov iqtidarına müxalifətdə duran əsas qüvvə Azərbaycan Xalq Cəbhəsi idi. Milli-azadlıq hərəkatı dalğasında çayxanalardan birbaşa böyük siyasətə gəlmiş AXC liderləri çox iddialı idilər. Onlar hesab edirdilər ki, Azərbaycanın müstəqilliyinin 70 ildən sonra qayıdışı uğurlu təsadüfün - milli-azadlıq hərəkatları ilə Sovet İttifaqının dağılmasının üst-üstə düşməsinin yox, məhz AXC-nin mübarizəsinin nəticəsidir. Ancaq bir az geri qayıtsaq, faktları araşdırsaq görərik ki, AXC-nin mübarizəsinin nəticəsi müstəqillik yox, yerlərdə zorakı hakimiyyət dəyişikliyi, Bakıda qanunsuz hərəkətlər oldu ki, bu da son nəticədə Qorbaçova onun emissarlarına Azərbaycana ordu yeritmək üçün bəhanə oldu, xalqımızın faciələrinin başlanğıcı olan 20 Yanvar qırğını törədildi.

20 Yanvar faciəsindən dərhal sonra, AXC liderlərinin qaçıb gizləndiyi bir vaxtda Heydər Əliyev Moskvada, Azərbaycan nümayəndəliyində geniş çıxış etdi Qorbaçov siyasətinə öz kəskin etirazını bildirdi: "Çoxlu sayda insanın həlakına gətirib çıxarmış Sovet qoşunlarının böyük kontingentinin Bakıya yeridilməsi ilə bağlı xalqımıza üz vermiş faciə barədə dərin ürəkağrısı ilə xəbər tutdum. Bu matəm günlərində həlak olanların ailələrinə qohumlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən bu aksiyanı pisləyir, onu antihumanist, antidemokratik hüquqazidd sayıram. Bu ağır günlərdə sizləri ağıla, kamala, həmrəyliyə birliyə çağırıram". "Azadlıq" radiosu bu bəyanatı yaydı Azərbaycan faciəsini bütün dünyaya çatdırdı.

Uzun müddət "ev dustağı" vəziyyətində yaşamış, ağır xəstəlikdən yenicə ayağa qalxmış Heydər Əliyev böyük azərbaycanlı, xalqının lideri kimi öz borcunu yerinə yetirdi. Bundan az sonra "Komsomolskaya Pravda" yazırdı: "Yaxın Sovet dövrünün böyük siyasətçilərindən biri olan, görkəmli partiya dövlət xadimi Heydər Əliyev böyük siyasətə qayıdır".

 

Xilaskarlıq missiyası

Heydər Əliyev 1993- ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdən uzaqgörən siyasətçi, təcrübəli dövlət xadimi kimi ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətə başladı. Həmin dövrdə Azərbaycanın silahlı qüvvələrinin böyük bir hissəsi ayrı-ayrı cinayətkar əllərdə cəmləşmiş, siyasi məqsədlərə, hakimiyyət uğrunda mübarizələrə cəlb edilmişdi, vətən torpağı müdafiəsiz qalmışdı, ərazilərimiz işğal olunurdu. İlk növbədə bu qeyri-qanuni silahlı dəstələri ləğv etmək, siyasi təxribatların, dövlət çevriliş cəhdlərinin qarşısını qətiyyətlə almaq lazım idi. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ictimai-siyasi sabitlik yaratmaq çox çətin olsa da, ümummilli lider bu çətin işlərin öhdəsindən xalqın dəstəyi ilə, məharətlə gəldi. onun bütün diqqəti Ermənistan-Azərbaycan, həllinə yönəldi.

Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti arxasında duran qüvvələrin məkrli niyyəti ilə yaxından tanış idi (sovet dövründə bu məsələ dəfələrlə qaldırılmış qarşısı qətiyyətlə alınmışdı) müharibənin həmin zamanda Azərbaycana qandan ziyandan başqa heç gətirməyəcəyini yaxşı bilirdi. Məlum xarici qüvvələr bu müharibədən torpaqlarımızı işğal etmək neftimizin Avropaya çıxmasına imkan verməmək üçün istifadə edirdilər geri çəkilmək niyyətində deyildilər. Odur ki, dahi liderimiz atəşkəs istiqamətində danışıqlara başladı 1994- ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı həmin ilin sentyabrında ARDNŞ- dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, dövlət quruculuğu ilə məşğul olmaq üçün vaxt imkan yarandı.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, müasir Azərbaycan iqtisadiyyatının dirçəlişi birbaşa Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə bağlı olmuşdur. "Əsrin müqaviləsi"nin bağlanması ilə başlanmış onlarla sazişin imzalanması ilə müşayiət olunmuş, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq neft-qaz layihələrinin həyata keçirilməsi ilə zirvəyə ucalmış yeni neft strategiyası ilk dövrlərdən Azərbaycana böyük uğurlar gətirmişdir. Əldə olunan gəlirlərin Dövlət Neft Fonduna cəlb edilməsi qeyri-neft sektorunun inkişafına yönəldilməsi, yeni istehsal sahələrinin yaradılması, yeni yerlərinin açılması məhz bu strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Həmin dövrdə Heydər Əliyev mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir, yeni formalaşmaqda olan bu təbəqənin problemləri ilə maraqlanır, bəzilərini yerindəcə həll edir, vaxt maliyyə qoyuluşu tələb edənlərin həlli istiqamətində tapşırıq tövsiyələrini verirdi. Artıq hamıya aydındır ki, o zaman müdrik dövlət başçımız tərəfindən bu taleyüklü addımlar atılmasaydı, dağılmış iqtisadiyyatı yenidən qurmaq, demokratik islahatlar aparmaq, müstəqil Azərbaycan Respublikasını yaratmaq yaşatmaq da mümkün olmayacaqdı.

 Siyasi-iqtisadi sosial-mədəni sahələrdə olduğu kimi, qanunvericilik məsələlərində zamanın nəbzini tutmağı bacaran Heydər Əliyev Konstitusiyanın müstəqil dövlətin həyatında oynadığı böyük rolu bilərək qiymətləndirərək, diqqəti müstəqil respublikamız üçün həyati əhəmiyyətli bu qanunlar toplusunun yaradılmasına yönəltdi. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası ulu öndərimizin təşəbbüsü rəhbərliyi ilə hazırlandı 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu. Eyni zamanda Azərbaycanda demokratik parlament seçkiləri keçirildi. Yeni Konstitusiyanın qəbulu prosesində dahi dövlət başçımız təkcə müdrik bir siyasi xadim kimi deyil, həm humanitar elmlərin bütün sahələrinə dərindən bələd olan şəxs kimi ensiklopedik bilik nümayiş etdirmişdir. Avropa standartlarına uyğun olan haqlı olaraq "İnsan haqları manifesti" adlandırılan bu sənəd ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi qarşıya qoymuşdur. Hakimiyyət bölgüsü prinsipləri dəqiq formalaşmış, zamanın tələbi ilə səsləşən demokratik islahatların həyata keçirilməsi üçün fundamental hüquqi baza yaradılmışdır.

Məlum olduğu kimi, millətin gücü nüfuzu onu təmsil edən rəhbərin şəxsiyyətindən, məqsədyönlü siyasətindən diplomatik məharətindən birbaşa asılıdır. Ümummilli liderimiz məhz bu keyfiyyətləri sayəsində xalqın dəstəyi ilə gənc dövlətimizə ziyan verəcək amilləri qüvvələri neytrallaşdırmağı bacarır, fayda verə biləcək bütün mütərəqqi ideyaları səylə bir yerə cəmləyir, onları elmin nəzəriyyənin süzgəcindən keçirərək həyata keçirirdi. Azərbaycanı mövcud problemlərdən qurtarmaq onu dünyanın sivil ölkələri sırasına çıxarmaq üçün o, öz nadir intellektual potensialından, tükənməz enerjisindən hələ sovet dövründə qurduğu beynəlxalq əlaqələrindən məharətlə istifadə edirdi. Dünyanın aparıcı dövlətlərinin respublikamıza marağı bir tərəfdən onun zəngin iqtisadi potensialı əlverişli geosiyasi mövqeyi ilə əlaqədar idisə, digər tərəfdən, dövlət başçımızın yürütdüyü praqmatik iqtisadi cəhətdən perspektivli siyasətlə, bu siyasətin yaratdığı ictimai-siyasi sabitliklə bağlı idi.

Birmənalı olaraq demək olar ki, Heydər Əliyevin müdrik daxili siyasəti Azərbaycanı, onun iqtisadiyyatını inkişaf etdirməyə, xalqın maddi rifahını yüksəltməyə xidmət etdiyi kimi, xarici siyasəti yaxın uzaq ölkələrlə əlaqələri daha da möhkəmləndirməyə, hətta ölkəmizə qərəzli münasibət bəsləyənləri dost etməyə, bütün bu münasibətlərdən qarşılıqlı faydalı, milli maraqlara uyğun olaraq, daha səmərəli istifadə etməyə xidmət edirdi. Düşünürəm ki, ulu öndərimizin vətən, xalq qarşısında ən möhtəşəm tarixi xidmətləri vətəndaş qarşıdurması iqtisadi tənəzzüllə üzləşmiş bir ölkədə xaosa, anarxiyaya qətiyyətlə son qoyması, ictimai-siyasi sabitliyi bərqərar etməsi, bir sözlə, müstəqilliyi qoruması möhkəmləndirməsi, iqtisadi siyasi cəhətdən müstəqil, demokratik Azərbaycan Respublikasını yaratması, onun idarəçilik mexanizmini qurması, cənab İlham Əliyevin şəxsində gələcək liderini yetişdirməsi idi...

Bu gün möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanın iqtisadi inkişafına, xalqımızın rifahına xidmət edir. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursu davam edir, müasir dünyanın geosiyasi gerçəkliklərinə cavab verir. Son dövrdə Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, enerji resurslarının ixracı prosesinin müasir normalar qəbul olunmuş qaydalar əsasında gerçəkləşdirilməsi Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritetləridir.

Amma erməni tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən, Dağlıq Qarabağ problemini sülh yolu ilə, qansız-qurbansız həll etmək mümkün olmadıqda, hərb yolları nəzərdən keçirildi. Ordumuzun gücü-qüdrəti, düşmənin imkanları real qiymətləndirildi geosiyasi şərait yetişəndə, "Hücum" əmri verildi. "Dəmir Yumruq" əməliyyatı ən qısa ən az itki ilə həyata keçirildi, Silahlı Qüvvələrimiz Vətən torpaqlarını cəmi 44 günlük Zəfər müharibəsi ilə düşmən işğalından azad etdi. Dağlıq Qarabağ problemi Azərbaycan xalqının əzmi, Azərbaycan liderinin siyasəti Azərbaycan əsgərinin şücaəti ilə, hərb yolu ilə həll edildi. Zəfər müharibəsi Azərbaycan dövlətinin qüdrətinin, gücünün göstəricisi oldu... Bəli, Azərbaycan bugünkü kimi heç zaman güclü olmamışdır, Azərbaycanın gələcəyi etibarlı əllərdədir...

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.