Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şəhidlər xiyabanını ziyarət edib

Noyabrın 12-də Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Daha sonra "Əbədi məşəl" abidəsi ziyarət edilib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

AZƏRTAC