Bolqarıstanın Baş naziri Kiril Petkovun Azərbaycana səfəri başa çatıb
Digər xəbərlər

Bolqarıstanın Baş naziri Kiril Petkovun Azərbaycana səfəri başa çatıb

Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkovun Azərbaycana səfəri iyulun 22-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kiril Petkovu Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC