Bölgədə güc balansı...
Digər xəbərlər

Bölgədə güc balansı...

Rusiya Hayastanın onun Cənubi Qafqazdakı maraqlarına ciddi zərbə vurduğunu görmür, yoxsa görmək istəmir?

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsilə başa çatdı, həmçinin onun nəticələri bölgədə güc balansını xeyli dəyişdirdi. Bəs regionda müharibədən öncə geosiyasi vəziyyət necə idi? dəyişən oldu? Siyasi təhlilçilər Cənubi Qafqazdakı İkinci Qarabağ müharibəsinə qədərki güc balansını belə xarakterizə edirdilər: Rusiyanın Ermənistanla ittifaqı, Azərbaycanla strateji partnyorluğu müsbət, Gürcüstanla münasibəti mənfi səviyyədədir. Türkiyə Azərbaycanla ittifaq qurub, Gürcüstanla strateji partnyordur, Ermənistanla heç bir münasibəti yoxdur. Regionun digər dövləti İranın Cənubi Qafqazın hər üç ölkəsi ilə diplomatik münasibətləri mövcuddur, lakin heç bir müttəfiqi strateji partnyoru yoxdur.

Regionun ən güclü həlledici aktoru olan şimal qonşumuz Rusiyanın bütövlükdə Cənubi Qafqaz üzərində ənənəvi geopolitik hegemonluğunu strateji olaraq Primakov doktrinası ilə əlaqələndirən analitiklər aşağıdakı bölgünü əsas götürürlər: 1. Rusiya qeyri-regional partnyorlar Qafqaz respublikaları arasında yeganə vasitəçi olacaq. 2. Heç bir başqa ölkənin regionda həlledici təsir gücünə çevrilməsinə icazə verilməyəcək. 3. Heç bir halda region Rusiya hinterlandı üçün bir təhdid təşkil etməyəcək. 4. Rusiya Kremlin regional ehtiyacları üçün bir strateji resurs kimi pozitiv regional inteqrasiyanı təşviq edəcək. Beləliklə, Rusiya uzun illərdir ki, Cənubi Qafqaz siyasətində məhz bu doktrinanı izləyir... Bölgədə isə hazırda qüvvələrin güc nisbətində dəyişiklik var. İlk növbədə, indiyədək bölgədə təsir gücü məhdud olan Türkiyə bu müharibənin yaratdığı yeni reallıqlar kontekstində əhəmiyyətli təsir gücünə malik bir aktora çevrildi. Bu zamanadək Ermənistan Gürcüstanda hərbi bazaları olan Rusiya Azərbaycan ərazisində öz sülhməramlı kontingentini yerləşdirdi.

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Avropa Birliyi bölgəyə daxil olmağa imkan qazandı. Ermənistan Rusiyanın vasitəçiliyilə qəbul edilən qərarları təsirsizləşdirməyə çalışmaqla yanaşı, Brüsselin regiondakı boşluğu doldurmasına icazə vermək niyyətini ortaya qoydu. Eyni zamanda ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri Vaşinqtonun Ermənistanla ikitərəfli münasibətlər qurmağı, əməkdaşlığın daha da gücləndirilməsilə bağlı verdiyi açıqlamalarla yanaşı, Azərbaycanı Ermənistanın "suverenliyi üzərinə hücum"da ittiham etməsi İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar nəticəsində Cənubi Qafqazda bütün təsir gücünü itirən Avratlantik alyansın regionda möhkəmlənmək məqsədini bəlli etdi.

Ukrayna böhranından sonra hələ D.Trampın prezidentliyi dövründə ciddi bir parçalanma yaşayan Avratlantik alyans onu əvəzləyən C.Baydenin vaxtında yenidən birləşməyə çalışaraq mühüm qlobal məsələlərlə bağlı eyni mövqedən çıxış etməyə cəhd göstərir.

Ötən ilin avqustunda ABŞ ATƏT-in keçmiş Minsk qrupunu yenidən canlandırmaq məqsədilə Filip Rikeri həmin quruma yeni həmsədr olaraq təyin etdi. Baxmayaraq ki, Azərbaycan bu qrupun missiyasının özünü doğrultmadığını, onu diriltməyə heç bir zərurət olmadığını dəfələrlə bəyan etmiş, Rusiya xarici işlər naziri S.Lavrov da mövcud geosiyasi şərtlər daxilində Minsk qrupu həmsədrləri institutunun funksional ola bilməyəcəyini bildirmişdi.

Qərb bu günə qədər "Qarabağ problemi"nin hələ həll edilməmiş qaldığını deyir bu "məsələ" ətrafında Azərbaycan-Ermənistan danışıqlarının yeni raundunu keçirmək, Azərbaycanı danışıqlar masasına əyləşdirmək üçün ona təzyiqlərini davam etdirir. Ukraynaya qarşı müharibəyə başlayan Rusiya isə həmin Qərb tərəfindən sanksiyalarla üzləşib, dünyanın bir çox ölkələri onu dəstəkləmir. Üstəlik, əsrlər boyu arxasında durub qəyyumluq etdiyi Ermənistan da onun üzünə olur. Rusiyanı Kollektiv Təhlükəsizlik Təşkilatına üzvlükdən çıxacağı ilə təhdid edən Ermənistan bütün günahı "böyük qardaş"ında görür, onun Ermənistanı zəiflətməyə çalışdığını, "Azərbaycanın xeyrinə oyun oynadığını" bəyan edir. Bu məsələdə son vaxtlar irəli gedən Ermənistan "böyük bacı"sının ətəyindən daha möhkəm yapışdı. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı açıq mübarizəyə başlayan rəsmi Parisin Ermənistan Fransanın unikal əlaqələrə sahib olduğunu, Parisin İrəvanı tək buraxmayacağını bildirməsi, ona hər cür dəstək göstərməsi Rusiyanın təsir gücünün azalmasına dəlalət edirdi. Nəhayət, Ermənistanın özünə yeni himayədar axtarışı onun istədiyi kimi nəticələndi. Qərbin sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsi Ermənistanın Rusiyaya açıq-aydın meydan oxuması kimi dəyərləndirilə bilər. Əslində, Ukrayna ilə deyil, NATO ya kollektiv Qərblə müharibə aparan Rusiyanın Avropa Birliyinin Cənubi Qafqaza bir mediator kimi daxil olması məsələsinə münasibəti birmənalı deyil. Qaldı ki Ermənistana? Bu məsələ böyük sual doğurur: Görəsən Rusiya Hayastanın onun bölgədəki maraqlarına ciddi zərbə vurduğunu görmürmü?!. Yoxsa görmək istəmir?!.

Daha bir maraqlı məqam N.Paşinyanın Almaniyaya səfəri zamanı ortaya çıxıb. Almaniya kansleri Olaf Şolts jurnalistlərə müsahibəsində Ermənistanın Avropa Birliyi, eləcə Rusiya arasında ticarət dövriyyəsinin qəfil artdığı, bunun İrəvanın Rusiyaya tətbiq edilən sanksiyalardan Moskvanın yan keçməsinə yardım etməsi anlamına gəlib-gəlmədiyi ilə bağlı suala cavabında bu məsələni Ermənistanın baş naziri ilə müzakirə etdiyini tərəflərin ticarət statistikasını diqqətlə izlədiyini bildirib.

Yeri gəlmişkən, qeyd edək ki, son zamanlar Ermənistandan Rusiyaya ixracatın artdığı barədə məlumatlar yayılır. Beləliklə, deyəsən, Ermənistan " yardan doyur, əldən qoyur...".

Zümrüd QURBANQIZI,

"Respublika".