Bölgə xəbərləri: Yeni tut bağları
Region

Bölgə xəbərləri: Yeni tut bağları

Cəbrayıl rayonunda kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Rayon kümçüləri bu gəlirli sahənin inkişafında yeni salınan tut bağlarının becərilməsi və genişlənməsi istiqamətində tədbirlər həyata keçirirlər.

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"na uyğun Tədbirlər Planı çərçivəsində baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə ötən ilin dekabr ayında Bərdə rayonundan gətirilmiş 2000 ədəd tut tingindən 1400 ədədi ayrılmış yeni sahələrdə, 600 ədədi isə mövcud bağlarda seyrəkliyin bərpası üçün əkilmişdir. Tut tinglərinin əkini mütəxəssislərin nəzarəti altında aqrotexniki qaydalara uyğun həyata keçirilir, suvarılması və mühafizəsi təmin edilir.

Tofiq HÜSEYN,

"Respublika".