Bölgə xəbərləri: Ağcabədi
Region

Bölgə xəbərləri: Ağcabədi

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin təşkilatçılığı ilə gənc könüllülər üçün Ağcabədi Heydər Əliyev Mərkəzində "Zamanın idarə olunması" təlimi keçirilib.

Təlim çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdam Nümayəndəliyinin layihələr və tədbirlər üzrə mütəxəssisi, təlimçi Pərvin Əhmədova gənclərə vaxtdan düzgün istifadə edilməsi, gələcək karyeralarda qısa və uzunmüddətli planların tərtibi, məqsəd və hədəflərin müəyyənləşdirilməsi və bu hədəflərə çatanadək zamanın səmərəli idarə edilməsi və başqa mövzularda məlumatlar bölüşüb.

 

Füzuli

Füzuli rayonunda qanvermə aksiyası keçirilib. Bir gün davam edən aksiyada sakinlər könüllü olaraq iştirak ediblər.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi Füzulidə rayon icra hakimiyyətinin dəstəyi ilə Füzuli Tibb Mərkəzində təşkil olunan qanvermə aksiyasında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Qanvermə aksiyasına 350-dən çox könüllü donor müraciət edib. Humanitar aksiya çərçivəsində hərtərəfli müayinədən sonra 100 nəfərdən çox könüllü donordan qan götürülüb.

Salman ALIOĞLU,

"Respublika".