BMU-da “Şuşa Bəyannaməsinin tarixi və strateji əhəmiyyəti” mövzusunda tədbir
Elm və təhsil

BMU-da “Şuşa Bəyannaməsinin tarixi və strateji əhəmiyyəti” mövzusunda tədbir

Bakı Mühəndislik Universitetində (BMU) “Şuşa Bəyannaməsinin tarixi strateji əhəmiyyəti” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin böyük tarixi strateji əhəmiyyətə malik olduğu vurğulanıb. Bildirilib ki, iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldıran Bəyannamə gələcək üçün müttəfiqlik münasibətlərinin siyasi hüquqi mexanizmlərini müəyyənləşdirir.

Toplantıda çıxış edən Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Qələbəyə toxunub müharibədən ötən 6 ay ərzində cərəyan edən, ölkəmizin gələcəyi üçün olduqca vacib prosesləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin azad olmuş torpaqlardakı quruculuq işlərinə, infrastrukturun qurulması, həmin ərazilərin minalardan təmizlənməsi, sərhədlərin dəqiqləşdirilməsi erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan E.Abdullayev indiyə qədər Azərbaycan Türkiyənin bir-birilərini bütün sahələrdə, o cümlədən hərbi sahədə dəstəklədiklərini qeyd edib, Bəyannamənin gələcək əlaqələri daha yüksək səviyyəyə qaldıracağını bildirib. Dekan Şuşa Bəyannaməsinin Azərbaycan xalqının Qurtuluş Gününə Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi önəmini vurğulayıb.

ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev Şuşa Bəyannaməsinin 44 günlük müharibədən sonra imzalanan, həm Azərbaycan, həm Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olduğunu bildirib. O, çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını xatırlayaraq imzalanan Bəyannamə ilə Azərbaycan-Türkiyə münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib.

Bəyannamənin regionda davamlı sülhə xidmət etdiyini söyləyən B.Dədəyev bildirib ki, bu tarixi sənəd ilə Azərbaycan həm bölgədə, həm dünyada öz nüfuzunu daha da artırmış oldu. Kafedra müdiri Bəyannamədə 100 il bundan öncə imzalanmış Qars müqaviləsinə sadiqliyin əks olunduğunu iki müstəqil Türk dövləti arasında imzalanan yeni sənədlə tarixi müqavilənin bir daha hüquqi qüvvəyə mindiyini sözlərinə əlavə edib.

BMU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsi.