BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb
Siyasət

BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb

 Milli Məclisin sədri Sahibə Qafarova Nyu-Yorka işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatında (BMT) "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında transformativ həll yolu kimi sıfır tullantıların rolu" mövzusunda keçirilən yüksək səviyyəli iclasda iştirak edib.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yüksək səviyyəli iclas Türkiyənin birinci xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülmüş "Sıfır tullantı" təşəbbüsü əsasında qəbul olunmuş BMT Baş Assambleyasının qətnaməsinə həsr edilib.

Tədbirdə çıxış edən Əminə Ərdoğan insanların planetimizdə balanslı ölçülü şəkildə dərin bağlara malik mövcud rəngarəngliyin bir parçası olduğunu söyləyib. O qeyd edib ki, bu baxımdan milyonlarla canlıya ev sahibliyi edən Yer üzünün gələcək davamlılığına həssaslıqla yanaşmalıyıq. Planetimizi qorumaq hər birimizin məsuliyyətidir. Əminə Ərdoğan çıxışında tullantılar, iqlim dəyişikliyi, ərzaq qıtlığı bu kimi digər qlobal problemlərə diqqət çəkərək deyib ki, biz bəşəriyyət olaraq, birlikdə bu problemlərə qarşı mübarizə aparmalıyıq. Bütün digər məsələlərdə olduğu kimi, burada da dünya beşdən böyükdür.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxışında bəşəriyyətin üzləşdiyi bütün ciddi problemlər sırasında ətraf mühitin qorunmasının çox böyük əhəmiyyət kəsb etdiyini deyib. Vurğulanıb ki, indiki gələcək nəsillər naminə dünyanın daha yaxşı hala gətirilməsi ortaq məsuliyyətdir. Sahibə Qafarova bu mənada Əminə Ərdoğan tərəfindən irəli sürülən "Sıfır tullantı" təşəbbüsünün önəmini qeyd edib.

Parlamentin sədri 2017-ci ildə milli səviyyədə irəli sürülən bu təşəbbüsün hazırda BMT Baş Assambleyasının qətnaməsi kimi dünya miqyasında dəstək qazanmasını təqdir edərək, ölkəmizin bu qətnaməyə dəstəyini onun həmmüəllifi olmaqla nümayiş etdirdiyini vurğulayıb. Eyni zamanda qeyd edilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə"ni imzalayıb.

Diqqətə çatdırılıb ki, ətraf mühitin mühafizəsinə bütün elementlərin geniş tətbiqi ilə kompleks yanaşma uğura aparan yeganə səmərəli yoldur. Bu mənada, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ümumi hədəflərə çatmaq üçün mühüm çərçivədir. Bu məsələnin Azərbaycan üçün prioritet təşkil etdiyini bildirən Sahibə Qafarova deyib ki, ölkəmizdə qəbul olunan milli plan strategiyalar ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə DİM-in prioritet hədəflərinə uyğunlaşdırılıb. Belə ki, təmiz ətraf mühit yaşıl inkişaf 2030-cu ilə qədər yeni inkişaf strategiyasının beş prioritet sahəsindən biri kimi müəyyən edilib. 2022-2026- illər üçün sosial-iqtisadi inkişaf strategiyasında tullantıların səmərəli idarə edilməsi sisteminin daha da inkişafı, tullantıların məlumat bazasının elektron informasiya sisteminin yaradılması, tullantıların təkrar emalının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Parlamentin sədri təəssüflə vurğulayıb ki, bəzi ölkələr indiki gələcək nəsillər naminə ətraf mühiti qorumaq üçün mənəvi hüquqi öhdəliklərə əməl etmirlər. Qeyd edilib ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılması həm ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi qoruqlarımızı məhv edib, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpaqları çayları, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirib. Azərbaycan 2020-ci ildə ərazilərini erməni işğalından azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı yenidənqurma bərpa işlərinə başlayıb. Hazırda Qarabağda Şərqi Zəngəzurda "ağıllı şəhərlər kəndlər", "yaşıl enerji", "sıfır emissiya" "sıfır tullantı" konsepsiyalarına uyğun olan ekoloji cəhətdən dayanıqlı şəhər kəndlər salınır. Bu yanaşmanın ilk uğurlu nümunəsi məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndidir.