BMT-nin nümayəndələri Füzulidə erməni barbarlığı ilə tanış olublar
Digər xəbərlər

BMT-nin nümayəndələri Füzulidə erməni barbarlığı ilə tanış olublar

Birləşmiş Millətlər Təşkilatının nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gələn qonaqlara Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, bərpa-quruculuq işləri, Füzuli şəhərinin inkişaf planı barədə məlumat verib.

Qonaqlara Füzuli Zəngilan Beynəlxalq Hava limanlarının fəaliyyəti, burada görülən bütün işlərin beynəlxalq norma standartlara uyğun şəkildə həyata keçirildiyi barədə məlumat verilib.

Nümayəndə heyəti, eyni zamanda, Füzuli şəhərində işğal dövründə erməni vəhşiliyi barədə məlumatlandırılıb. Bildirilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə yanaşı, tarixi-mədəni abidələr dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar yaşıllıqlar, su mənbələri, kəhriz bulaqlar da məhv edilib. Qonaqlar, 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlərin şahidi olublar. Qeyd edilib ki, erməni vandalları işğal etdikləri şəhər kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. İşğal zamanı ermənilər məscidlərdən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Həmçinin qəbiristanlıqlar erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Bundan başqa, BMT-nin nümayəndələrinə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi hazırda bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.

Qonaqlar sonra azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olub, Füzuli şəhərinin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırılıb.

Füzuli səfərindən sonra qonaqlar Ağdama yollanıblar.