BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: Ölkəniz bu ərazilərə həyat gətirir
MÜSAHİBƏLƏR

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: Ölkəniz bu ərazilərə həyat gətirir

Milli Şəhərsalma Forumu Azərbaycanın bu ərazilərdə texniki təcrübəsini öyrənmək baxımından əhəmiyyətli rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif işğaldan azad olunan Ağdamda jurnalistlərə açıqlamasında deyib.

"Milli Şəhərsalma Forumu Azərbaycanın bu ərazilərdə aparacağı işləri, texniki təcrübəsini, həyata keçirilən layihələri öyrənmək baxımından əhəmiyyətlidir. Ölkəniz bu ərazilərə həyat gətirir, bu istiqamətdə intensiv işlər görür", - deyə Maimuna Mohd Şərif vurğulayıb.

AZƏRTAC