BMT-nin kağız üzərində qalan qətnamələri
Digər xəbərlər

BMT-nin kağız üzərində qalan qətnamələri

Ölkəmiz 1992-ci ildən BMT- üzvdür. Bu müddət ərzində onun təşkilatdakı nüfuzu günbəgün artıb. Azərbaycan sözügedən təşkilata qoşulduğu ilk gündən haqq səsini dünyaya çatdırmağa çalışmış, bu məqsədlə BMT Ermənistanın işğalçı ordusunun əzəli torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Ancaq ötən illər ərzində qəbul olunan qətnamələr sadəcə kağız üzərində qalmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev ötən il aprelin 25- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf əməkdaşlıq perspektivləri" adlı müzakirələrdəki nitqində demişdir: "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında belə bir selektiv yanaşmanın qurbanı olmuşuq. Bildiyiniz kimi, bəzi hallarda bu qərarlar bir neçə gün ərzində həyata keçirilib, bizim vəziyyətimizdə isə 27 il ərzində ümumiyyətlə yerinə yetirilməyib. Ərazi bütövlüyümüzü bərpa etməklə biz özümüz onları həyata keçirdik". Bütün bunlar bir daha selektiv yanaşmanın mövcudluğundan xəbər verir. Çünki bəzi ölkələrlə bağlı qəbul olunan qətnamələr dərhal icra olunduğu halda, Qarabağ məsələsi ilə bağlı qətnamələrə, demək olar ki, baxılmadı. Nəticədə ölkəmizin tarixi ədaləti öz hərbi siyasi gücü hesabına bərpa olundu. Bütün bu haqsızlıqlara baxmayaraq, dövlətimiz BMT-nin bütün təşkilatları ilə yaxından əməkdaşlıq etməkdədir. Azərbaycan, həmçinin 2012-2013- illərdə BMT -nin qeyri-daimi üzvlüyünə seçilmiş, müəyyən müddət ərzində ona sədrlik etmişdir. Təəssüf ki, BMT bu gün bəzi siyasi güclərin əlində oyuncağa çevrilmişdir. Hazırda bu problemlərin aradan qaldırılması üçün ən mühüm addım dünyada beynəlxalq hüququn işləməsi, ayrı-seçkiliyin aradan qaldırılması yeni bir nizamın formalaşdırılması hesab olunur.

Təsadüfi deyil ki, BMT digər təşkilatlar keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə etinasız yanaşdığı üçün təcavüzkar ölkə bu gün öz çirkin siyasətini davam etdirir. Şübhəsiz, dünyanın ən mötəbər beynəlxalq təşkilatı öz qətnamələrinə hörmətlə yanaşmırsa qətiyyətli davranış sərgiləmirsə, deməli, onun strukturunda çatışmazlıqlar mövcuddur. Hətta təşkilatın daimi üzvləri biri-birinə qarşı birləşərək öz maraqlarına xidmət edən bir sıra qruplaşmalar da yaratmışlar. Zorun diktəsinin nəticəsidir ki, məhz kiçik dövlətlərin, xalqların səsi heç BMT- gedib çata bilmir. Bu baxımdan, BMT- islahatların aparılmasına ciddi ehtiyac duyulur. Amma qurumda təmsil olunan Təhlükəsizlik Şurasının bəzi üzvləri arasında çəkişmələr şübhəli məqamlar mövcud olduğu üçün məsələ öz həllini tapmamış, xain ermənilər 30 illik işğal dövründə ölkəmizin tarixi, dini mənəvi irsinə qarşı törətdiyi vəhşiliklərə görə hələ öz cəzasını almamışdır.

Görünür, ermənilərin bu vəhşiliyi BMT-ni, UNESCO-nu narahat etmir. Sözügedən problemə baxılmaması təqdirində, alçaq düşmənin Qarabağdakı kilsə ilə bağlı yaydığı saxta məlumatlara qurum tərəfindən dərhal cavab verilməsi haqsızlığın bariz nümunəsidir. Bütün bunlar da təşkilatın tarixi, siyasi, mədəni missiyasına sadiqliyini itirdiyini, ümumi yanaşmanın bərpa olunmasının vacibliyini bir daha sübut etmişdir. Çünki hər bir ölkə üçün eyni yanaşmanın mövcudluğu mütləqdir. Azərbaycan dünyada nadir dövlətlərdən biridir ki, hər zaman digər xalqların mədəniyyətinə , irsinə hörmətlə yanaşır. Fikrimizcə, istər bəzi ölkələr, istərsə beynəlxalq təşkilatlar ölkəmizin obyektiv yanaşmasını nümunə götürsə, dünya düzəni daha düzgün qurular.

Nəzrin ELDARQIZI,

"Respublika".