BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib
SİYASƏT

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib

BMT -nin insan Hüquqları Şurasının (İHŞ) davam edən 48-ci sessiyası çərçivəsində sentyabrın 24-də Şuranın gündəliyinin 4-cü bəndi (İHŞ-nin diqqətini tələb edən vəziyyətlər) üzrə ümumi müzakirələr zamanı Azərbaycanın təşəbbüsü və BMT-nin dünyanın müxtəlif regionlarından olan 27 üzv dövlətinin həmmüəllifliyi ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, İHŞ çərçivəsində bu mövzuda ilk dəfədir səsləndirilən bəyanatda piyada əleyhinə minaların insan hüquqlarına, o cümlədən yaşayış, sağlamlıq, təhlükəsizlik və sosial-iqtisadi hüquqlara mənfi təsiri mövzusuna toxunulur, dövlətlər minalardan təmizləmə sahəsində əməkdaşlığa, həmçinin təcrübə və məlumat mübadiləsinə dəvət olunur.

Bəyanatda, həmçinin BMT və onun ixtisaslaşmış qurumları və digər dövlətlər minalardan zərər çəkmiş dövlətlərə dəstək olmağa çağırılır.

AZƏRTAC