BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 179 ölkənin dəstəyi ilə vaksinlərə dair qətnamə qəbul edib
SİYASƏT

BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 179 ölkənin dəstəyi ilə vaksinlərə dair qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 179 ölkənin dəstəyi ilə COVID-19-a qarşı vaksinlərin ədalətli bölgüsü haqqında qətnamə qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi bu barədə öz tviter səhifəsində məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi COVID-19-a qarşı mübarizəyə rəhbərliyi davam etdirir.

AZƏRTAC