Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq
Digər xəbərlər

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq" işçi qrupunun növbəti iclası

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Korrupsiya və şəffaflıq" işçi qrupunun "Zoom" onlayn platforması vasitəsilə növbəti iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Ədliyyə, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, "Şəffaflıq-Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə" və "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai birliklərinin, "PricewaterhouseCoopers Azerbaijan", "Deloitte Azerbaijan", "Ekvita", "KPMG Azərbaycan Limited", "Azercell", "Azerconnect", "Agro Diary" şirkətlərinin və digər qurumların nümayəndələri iştirak ediblər.

İşçi qrupunun rəhbəri, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev iclasın gündəliyinə uyğun olaraq, aidiyyəti qurumların nümayəndələri tərəfindən 2021-ci ilin Fəaliyyət Planına əsasən görülmüş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

İclasda iştirak edən digər dövlət qurumlarının əməkdaşları, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri işçi qrupu tərəfindən görülmüş tədbirlərlə bağlı çıxış ediblər. İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının hazırlanmasına dair fikir mübadiləsi aparılıb, layihənin müasir yanaşmaların tətbiqi ilə formalaşdırılması qeyd edilib və zəruri təkliflər irəli sürülüb.

AZƏRTAC